Barcelona” müdafiəçi axtarışını davam etdirir
Bakı, 10 mart, Tsport.az
“Barcelona” heyətini yeni müdafiəçi ilə gücləndirməyi planlaşdırır.
Tsport.az xəbər verir ki, klub rəhbərliyi müdafiə xəttindəki problemləri həll etmək üçün transfer axtarışlarını davam etdirir. Məşqçilər heyəti bu mövqedə çatışmazlıqlar olduğunu vurğulayıb.
Hazırda “Barcelona”nın siyahısında bir neçə namizəd var. Lakin Kataloniya təmsilçisi transfer üçün maliyyə şərtlərinin uyğun olmasını gözlədiyi üçün tələsmir.