“Barcelona, Olmonu transfer etmək üçün maliyyə çatışmazlığı yaşayır “- La Liga
Bakı, 2 aprel, Tsport.az
La Liga: “Barcelona“, Dani Olmo və Pau Victoru qeydiyyatdan keçirmək üçün maliyyə imkanına malik deyil”
Tsport.az xəbər verir ki, La Liganın bildirdiyinə görə, “Barcelona”Dani Olmo və Pau Victor kimi hücumçuları transfer etmək üçün maliyyə imkanına malik deyil. Kataloniya klubu ötən yay Olmo və Victoru qeydiyyatdan keçirmək üçün La Ligadan müvəqqəti lisenziya almışdı.
Lakin La Liga, “Barcelona”-nın 31 dekabr tarixinə qədər liqanın maliyyə qaydalarına uyğun olduğunu sübut edə bilmədiyini əsas gətirərək, yanvar ayında onların qeydiyyatını ləğv etdi. İspaniyanın İdman Şurası (CSD) Barcelona-nın apellyasiyasından sonra Olmo və Victorun müvəqqəti qeydiyyatına icazə verdi. Onların qeydiyyatı ilə bağlı yekun qərarın 7 aprelə qədər verilməsi gözlənilir.
La Liqanın lideri və Çempionlar Liqasının 1/4 finalçısı olan “Barcelona”, 3 yanvarda klubun yenidən qurulan Nou Kamp stadionunda VIP lojaların satışından 100 milyon avro (83 milyon funt-sterlinq) əldə etmək üçün müqavilə bağladığını açıqlamışdı.
Lakin La Liga bildirib ki, bu müqavilə ötən həftə “Barcelona” tərəfindən təqdim edilən və 2024-25 mövsümünü əhatə edən maliyyə hesabatlarında qeydə alınmayıb. Üstəlik, müqavilənin təsdiqini naməlum bir auditor verib.
La Liga açıqlamasında bunları qeyd edib:
“VIP lojaların satışı ilə bağlı əldə edilən məbləğ klub və auditor tərəfindən təsdiqlənmiş olmasına baxmayaraq, nəticə etibarilə mənfəət və zərər hesabatlarında əks olunmayıb.”
Bundan əlavə, La Liga həmin auditoru İspaniyanın Mühasibatlıq və Audit İnstitutuna şikayət edəcəyini bildirib.
Aytac Mustafayeva