Barcelona – Osasuna oyunu təxirə salınıb
Bakı, 9 mart, Tsport.az
İspaniya çempionatının XXVII turunda keçirilməsi planlaşdırılan “Barcelona” – “Osasuna” qarşılaşması təxirə salınıb.
Tsport.az xəbər verir ki, Kataloniya klubunun mətbuat xidmətinin yaydığı məlumata görə, matçın təxirə salınmasına “Barcelona”nın həkiminin bir neçə saat öncə vəfat etməsi səbəb olub. Klubun futbolçuları və nümayəndələri bu hadisədən dərin sarsıntı keçirdiklərini bildiriblər.
Görüş martın 9-da, saat 00:00-da baş tutmalı idi.
Turnir cədvəlində “Barcelona” 26 oyundan sonra 57 xalla birinci pillədə qərarlaşıb. “Osasuna” isə 33 xalla 11-ci yerdədir.