“Barcelona” pandemiya dövründən qalan maaş borcunu ödəyir
Bakı, 28 iyun , Tsport.az
İspaniyanın “Barcelona” klubu 2020-ci ildə pandemiya səbəbindən futbolçular və məşqçilərlə razılaşdırılmış maaş kəsintilərindən qalan son ödənişi tamamlayır.
Tsport.az xəbər verir ki, yekun 16 milyon dollarlıq məbləğ iyunun 30-na qədər tam şəkildə ödənəcək.
Bu vəsait Lionel Messi, Sergio Busquets, Jordi Alba, Ousmane Dembélé, Antoine Griezmann və digər sabiq oyunçular arasında bölüşdürüləcək. Ödəniş prosesi “Blaugrana”nın pandemiya dövründə yaranan maliyyə öhdəliklərini bağlaması baxımından əhəmiyyətli addım hesab olunur.