“Barcelona” Rayan Bardi ilə maraqlanır
Bakı, 18 iyul, Tsport.az
İspaniyanın məşhur klubu “Barcelona” gənc isveçli futbolçu Rayan Bardi ilə maraqlanır.
Tsport.az xəbər verir ki, bu barədə tanınmış transfer insayderi Fabrizio Romano məlumat yayıb. 15 yaşlı vinger hazırda Danimarka təmsilçisi “København” klubunun heyətində çıxış edir. Onun klubla olan müqaviləsi başa çatmaq üzrədir və futbolçu noyabr ayında 16 yaşına çatacaq. Bu səbəbdən Avropanın bir sıra aparıcı klubları Rayanı transfer etmək üçün yarışa qoşulub.
“Barcelona” da gənc istedadı izləyən klublar sırasındadır. Kataloniya təmsilçisi Rayan Bardi’ni transfer siyahısına daxil edib və artıq ilkin danışıqlara başlayıb.
Digər tərəfdən, “København” də futbolçunu heyətində saxlamaq niyyətindədir. Klub Rayanla yeni müqavilə imzalamağa çalışır və tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Rayan Bardi, “Barcelona”nın bu yay transfer etdiyi Runi Bardinin qardaşıdır.