Dünya Futbolu

“Barcelona” tarixi uğur qazandı

Bakı, 27 aprel, Tsport.az

Futbol üzrə İspaniya Kral Kubokunun qalibi bəlli olub.

Tsport.az xəbər verir ki, “Barcelona” və “Real Madrid” komandalarının üz-üzə gəldiyi final matçı Sevilyadakı Olimpiya Stadionunda keçirilib.

İlk qolu 28-ci dəqiqədə Pedri vurub. Hesabı “Real Madrid”in hücumçusu Kylian Mbappé 70-ci dəqiqədə bərabərləşdirib. Yeddi dəqiqə sonra Arda Gülerin ötürməsini Aurélien Tchouaméni başla dəqiq tamamlayaraq “Kral klubu”nu önə keçirib.

Lakin əsas vaxtın bitməsinə 6 dəqiqə qalmış Ferran Torres “Barcelona”nı məğlubiyyətdən xilas edib. Oyunun əsas vaxtı 2:2 hesabı ilə başa çatdığı üçün əlavə vaxt oynanılıb.

Əlavə vaxtda daha bir qol vuran “Barcelona” 3:2 hesabı ilə qalib gələrək İspaniya Kral Kubokunun qalibi olub. Bu, Kataloniya klubunun tarixində 32-ci Kral Kuboku tituludur.