Dünya Futbolu

“Barcelona” transferə hazırlaşır

Bakı, 8 may, Tsport.az

Münhen təmsilçisi “Bayern München”də forma geyinən Leroy Sané, yay transfer dönəmində komandadan ayrılmağa hazırlaşır.

Tsport.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi klubla yeni müqavilə imzalamaqdan imtina edib və rəhbərliklə aparılan danışıqlar nəticəsiz qalıb.

Sané-nin növbəti ünvanı kimi isə La Liga nəhəngi “Barcelona” göstərilir. Kataloniya klubu sürətli və texnikalı oyunçunu hücum xəttinə əlavə etməyə maraqlıdır.

Bu mövsüm Bundesliqada 28 qarşılaşmada 11 qol və 4 assistlə yadda qalan Sané, “Bavariya” forması ilə parlaq performans sərgiləyib.