“Barcelona” Yamalla müqavilə bağladı
Bakı, 17 iyul, Tsport.az
Kataloniyanın nəhəng klubu “Barcelona“, gənc ulduz Lamine Yamal ilə yeni müqavilə imzalayıb.
Tsport.az xəbər verir ki, ispaniyalı hücumçu ilə anlaşma 2031-ci ilin yayına qədər qüvvədə olacaq.
2023-cü ilin aprelində, cəmi 15 yaşı olarkən “Blaugrana” formasını ilk dəfə geyinən Yamal, elə həmin ildən etibarən Avropa futbolunun diqqət mərkəzinə düşdü. 2023/24 mövsümündə 50 oyun, 7 qol və 9 assist ilə yadda qalan futbolçu, son mövsümdə performansını daha da artıraraq 55 matçda 18 qol və 25 məhsuldar ötürmə ilə rekord göstəriciyə imza atıb.
Yamalın uğurları bununla bitmir – o, 2024-cü ildə İspaniya millisi ilə Avropa çempionatının qalibi oldu və gələcəyin liderləri arasında yerini möhkəmlətdi.