-->
Dünya Futbolu

”Barcelona” yenidən zirvədə

Bakı, 13 aprel, Tsport.az

Kataloniya nəhəngi “Barcelona”, son illərin ən sabit dövrlərindən birini yaşayır.

Tsport.az xəbər verir ki, La Liganın XXXI turunda Leganés üzərində 1:0 hesablı qələbə yalnız üç xal deyil, həm də tarixə düşən bir seriyanı rəsmiləşdirib.

Hans-Dieter Flickin rəhbərliyi altında klub 2025-ci ildə indiyədək 20 qələbə və 4 heç-heçə ilə məğlubiyyətsiz yürüşünü davam etdirir. Bu, klubun son 7 ildə ən uzun seriyası kimi qeydə alınıb. Oxşar uğura “Barcelona” 2017/2018 mövsümündə Ernesto Valverde dövründə imza atmışdı: 23 qələbə və 6 heç-heçə.

Hazırda 70 xalla La Liqa cədvəlinin zirvəsində qərarlaşan komanda, həm oyunu ilə, həm də statistikası ilə yenidən qorxulu rəqibə çevrilib.