“Barcelona”da oynamaq istəyi zaman keçdikcə daha da güclənir
Bakı, 13 may, Tsport.az
“Manchester United”in hücumçusu Marcus Rashford karyerasını La Ligada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, “Barcelona” ingiltərəli futbolçunun xidmətində maraqlıdır. Mənbəyə əsasən, Rashford artıq qışdan bəri Kataloniya klubunda oynamaq arzusundadır və bu istək zaman keçdikcə daha da güclənir.
Hazırda “Manchester United”lə müqaviləsi qüvvədə olan Rashfordun yay transfer pəncərəsində klubdan ayrılmaq ehtimalı artır. “Barcelona” rəhbərliyi isə hücum xəttinə əlavə güc qatmaq üçün bu keçidi ciddi şəkildə nəzərdən keçirir.