“Barcelona”da rekord
Bakı, 20 iyul , Tsport.az
“Barcelona”nın gənc ulduzu Lamine Yamal klub tarixində kommersiya sahəsində yeni bir səhifə açıb. 16 yaşlı futbolçunun forma nömrəsini 10-a dəyişməsindən sonra cəmi 24 saat ərzində 70 min forma satılıb.
Tsport.az xəbər verir ki, bu göstərici Kataloniya nəhənginin tarixində rekord olaraq qeydə alınıb. Klub bu satışlardan təxminən 10 milyon avro gəlir əldə edib.
Yamalın 10 nömrəli forması 170-dən çox ölkəyə göndərilib. Bu, klubun satış proqnozlarını xeyli üstələyib və Lionel Messi ilə Neymarın əvvəllər müəyyən etdiyi satış rəqəmlərini geridə qoyub.
Qeyd edək ki, Lamine Yamal 3 gün öncə “Barcelona” ilə 6 illik yeni müqaviləyə imza atıb və komandanın əfsanəvi 10 nömrəli formasına sahib çıxıb. Bu formanı daha əvvəl klubun tarixi simalarından biri – hazırda “İnter Mayami”də çıxış edən Lionel Messi geyinirdi.