“Barcelona”dan ayrılması üçün ona 1 həftə vaxt verirlib
Bakı, 19 avqust, Tsport.az
İspaniyanın “Barcelona” klubunun baş məşqçisi Hansi Flick qapıçı İñaki Peña ilə bağlı qərarını verib.
Tsport.az xəbər verir ki, alman mütəxəssis 26 yaşlı qolkiperə yeni klub tapması üçün bir həftəlik müddət tanıyıb. Flick heyətdə güvənmədiyi futbolçuların olmasından narahat olduğunu rəhbərliyə çatdırıb.
“Barcelona” Peña ilə yollarını ayıracağı təqdirdə, başqa bir oyunçu qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, İñaki Peña 2022-ci ildə “Barcelona”nın əsas komandasında debüt edib.