Dünya Futbolu

“Barcelona”dan Niko Williams açıqlaması

Bakı, 30 sentyabr, Tsport.az

İspaniyanın “Barcelona” klubu “Athletic”in futbolçusu Nico Williamsla maraq göstərmədiyini bəyan edib.

Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin idman direktoru Deco “Mundo Deportivo”ya açıqlamasında iddiaları təkzib edib:

“Onun agenti dəfələrlə bizə müraciət edib, amma biz heç vaxt zəng etməmişik. “Athletic” bu məsələni agentdən soruşmalıdır. Üstəlik, biz həmin mövqeyə oyunçu axtarmamışıq”.