Dünya Futbolu

“Barcelona”nın 30 milyon avroluq transferi

Bakı, 13 oktyabr, Tsport.az

“Manchester United”in futbolçusu Marcus Rashford gələn yay “Barcelona”nın tamhüquqlu üzvü olacaq.

Tsport.az xəbər verir ki, Kataloniya klubu icarə əsasında çıxış edən ingilis yarımmüdafiəçini 30 milyon avroya transfer etməyə qərar verib.

“Barcelona” rəhbərliyi Rashfordun son çıxışlarından məmnundur və bu transfer məbləğini sərfəli hesab edir.

27 yaşlı futbolçu cari mövsümdə La Liqada 8 oyunda 1 qol və 3 assistlə yadda qalıb.