Dünya Futbolu

“Barcelona”nın futbolçusu heyətdən kənarda qala bilər

Bakı, 19 mart, Tsport.az

Barcelona“nın futbolçusu Ferran Torres, zədə səbəbindən İspaniya millisinin növbəti oyununu buraxa bilər.

Tsport.az xəbər verir ki, Ferran, “Atletico” ilə keçirilən (4:2) qarşılaşmada zədələnib. İspaniya millisi ilə bugünkü məşqdə isə, zalda fərdi məşq edərək vəziyyətini yaxşılaşdırmağa çalışıb.

Futbolçunun, cümə axşamı keçiriləcək Niderlandla Millətlər Liqasının 1/4 final mərhələsinin ilk oyununda iştirak edib-etməyəcəyi hələ də qeyri-müəyyəndir. O, bu görüş üçün heyətdən kənarda qalan üç futbolçudan biri ola bilər.