Dünya Futbolu

“Barcelona”nın futbolçusu yaşıl meydanalara qayıdıb

Bakı, 2 may, Tsport.az

“Barcelona”nın gənc yarımmüdafiəçisi Marc Casadó zədəsini sağaldaraq yenidən komanda ilə məşqlərə başlayıb.

Tsport.az xəbər verir ki, 21 yaşlı ispaniyalı futbolçu mart ayında aldığı zədəyə görə uzun müddət yaşıl meydanlardan kənarda qalmışdı. Hətta onun üçün mövsümün vaxtından əvvəl başa çatdığı bildirilmişdi. Lakin gözlənilməz şəkildə bərpa prosesi uğurlu alınıb və Casadó cari mövsümün son oyunlarında iştirak edə bilər.

Bu mövsüm ərzində Casadó bütün turnirlərdə 36 matçda forma geyinərək 1 qol və 6 assistlə yadda qalıb.