“Barcelona”nın gənc ulduzu yaşıl meydanlardan uzaqlaşa bilər
Bakı, 17 mart, Tsport.az
İspaniyanın “Barcelona” klubunun 21 yaşlı yarımmüdafiəçisi Marc Casado, La Liqada “Atletico”ya qarşı keçirdiyi oyunda ağır zədə alıb.
Tsport.az xəbər verir ki, Casado, Madrid klubunun hücumçusu Antoine Griezmannla toqquşduqdan sonra ikinci hissənin ortasında əvəzlənib. Xəstəxanada müayinədən sonra futbolçunun diz bağlarından zədələndiyi və əgər təsdiqlənərsə, mövsümün sonuna qədər oynaya bilməyəcəyi bildirilib.
Qeyd edək ki, Casado cari mövsümdə 23 La Liqa oyununda iştirak edərək bir qol və üç məhsuldar ötürmə ilə yadda qalıb.