“Barcelona”nın gözü “PSG”nin gənc ulduzunda
Bakı, 18 aprel, Tsport.az
Yay transfer pəncərəsi öncəsi “Barcelona” yeni hücumçu axtarışlarını sürətləndirib.
Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisinin diqqət mərkəzinə “Paris Saint-Germain” klubunun istedadlı vingeri Bradley Barcola düşüb.
Fransız mediasının məlumatına görə, 21 yaşlı futbolçu ilə maraqlanan “Barca” rəhbərliyi oyunçunun transferi üçün 70 milyon avroluq qiymət etiketi ilə qarşılaşıb. “Barcelona”nın “PSG” ilə müqaviləsi 2028-ci ilin iyun ayına qədər qüvvədədir.
“Barcelona” bu mövsüm Ligue 1-də 28 matçda forma geyinərək 13 qol və 9 məhsuldar ötürmə ilə parlaq performans sərgiləyib. Bu göstəricilər onu Avropanın aparıcı klublarının transfer siyahılarına salıb.