“Barcelona”nın prezidenti saxtakarlıqda ittiham olunur
Bakı, 30 sentyabr, Tsport.az
İspaniyanın “Barcelona” klubunun sabiq prezidenti Josep Bartomeu barəsində saxtakarlıq iddiası irəli sürülüb.
Tsport.az xarici mediaya istinadən xəbər verir ki, şəhər məhkəməsi funksioneri ifadə verməsi üçün çağırıb.
İstintaq, klubun hazırkı prezidenti Joan Laportanın açıqlamasından sonra başlayıb. “Barcelona”-ya dəymiş ziyan təxminən 30 milyon avro məbləğində qiymətləndirilir.
İddialara əsasən, 2019-cu ildə Malcomun “Zenit”ə satışı və Antoine Griezmannın “Atlético”dan transferi zamanı saxtakarlığa yol verilib.