Dünya Futbolu

“Barcelona”ya Lamine Yamalla bağlı xəbərdalıq edilib

Bakı, 17 mart, Tsport.az

Barcelona”nın hücumçusu Lamine Yamalın karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilir.

İdmanxeber.az-ın məlumatına görə, 17 yaşlı futbolçunun agenti Jorje Mendes, bu barədə klubun prezidenti Xuan Laportaya xəbərdarlıq edib.

Yamalın “Barcelona” ilə müqaviləsi 2026-cı ilin iyununda başa çatacaq və onun transfer dəyəri 180 milyon avro olaraq qiymətləndirilir.