Barış Alper Yılmaz üçün qiymət təyin edilib
Bakı, 21 mart, Tsport.az
“Galatasaray” klubu 23 yaşlı futbolçusu Barış Alper Yılmazın transfer qiymətini açıqlayıb.
Tsport.az xəbər verir ki, İstanbul nəhəngi, Avropanın top klublarının maraq dairəsində olan gənc oyunçu üçün ən azı 40 milyon avro tələb edir. Klub rəhbərliyi bu məbləğdən aşağı təkliflərin qəbul edilməyəcəyini vurğulayıb.
Qeyd edək ki, Barış Alper Yılmaz xüsusilə İngiltərə Premyer Liqası klublarının diqqət mərkəzindədir.