Dünya Futbolu

Barış Alper Yılmaza Premier Liqa klubundan təklif var

Bakı, 18 mart, Tsport.az

Galatasaray“ın futbolçusu Barış Alper Yılmazın İngiltərənin bu mövsümki flaş komandalarından biri tərəfindən izlənildiyi bildirilib.

Tsport.az xəbər verir ki, ulduz futbolçu ilə ən ciddi şəkildə maraqlanan klubun “Nottingham Forest” olduğu bildirilib.

İngilis klubunun, Beşiktaş – Galatasaray derbisinə Barış Alperi izləmək üçün gələcəyi qeyd edilib. Sarı-qırmızılılar isə futbolçunun bonservisini artıq müəyyənləşdirib.

Galatasaray rəhbərliyi, Barış Alper Yılmaz üçün 35 milyon avro təklif gözləyir.