“Barselona” Kataloniya derbisində inamlı qələbə qazanıb
Bakı, 30 mart, Tsport.az
Bu gün İspaniya La Liqasında 29-cu turun oyunları keçirilib. “Barcelona” doğma meydanda “Girona” ilə qarşılaşıb və rəqibini 4:1 hesabı ilə məğlub edib.
Tsport.az xəbər verir ki, Kataloniya təmsilçisi bu qələbə ilə turnir cədvəlində 66 xala yüksələrək liderliyini möhkəmləndirib. “Girona” isə 34 xalla 13-cü pillədə qərarlaşıb.
Hazırda “Real Madrid” 63 xalla 2-ci, “Atletico Madrid” isə 57 xalla 3-cü yerdə qərarlaşıb.