“Barcelona”nın 2025/2026 mövsümündəki ev forması təqdim olundu
Bakı, 2 iyul , Tsport.az
Kataloniya klubu yeni mövsümdə ev oyunlarında geyinəcəyi formaları ictimaiyyətə təqdim edib.
Tsport.az xəbər verir ki, yeni dizayn ənənəvi göy və bənövşəyi çalarlarla yanaşı çəhrayı tonlara sahibdir. Formanın üzərindəki atributlar isə sarı rənglə vurğulanıb və bu, dizayna fərqli bir dinamika qatır.
