Dünya Futbolu

Baş hakim David Coote, Jürgen Klopp-u təhqir etdiyinə görə cəzalandırılıb

Bakı, 12 avqust, Tsport.az

İngiltərə Futbol Assosiasiyası “Liverpool” klubunun sabiq baş məşqçisi Jürgen Klopp haqqında təhqiredici ifadələr işlədən baş hakim David Coote-yə sanksiya tətbiq edib.

Tsport.az xəbər verir ki, Coote 8 həftə müddətinə cəzalandırılıb və bu müddətdə o, həmçinin xüsusi təhsil proqramını tamamlamağa məcbur olacaq.

Xatırladaq ki, ötən il sosial şəbəkələrdə yayılan videoda David Coote, Klopp-u “axmaq” və “təkəbbürlü” adlandırmışdı. Bu ifadələrinə görə, o, artıq UEFA və İngiltərə Hakimlər Assosiasiyası tərəfindən də intizam tədbirləri ilə üzləşmişdi.