Michael Jordanın basketbol üçün həsrəti
Bakı,22 oktyabr, Tsport.az
ABŞ Basketbol Liqasının (NBA) əfsanələrindən olan Michael Jordan, basketboldakı rəqabət və mübarizə ruhunun onun üçün yaşamaq səbəbi olduğunu və çox darıxdığını söyləyib.
” Tsport.az “ xəbər verir ki, 62 yaşlı Jordan NBCyə açıqlamasında belə deyib: “Sehrli bir dərman alıb şortumu geyinərək bu gün yenidən basketbol oynamağa çıxmaq istərdim, çünki mən elə buyam.”
Karyerası boyunca 6 NBA çempionluğu qazanan və 5 dəfə MVP seçilən Jordan sözlərinə davam edib: “O cür rəqabət və mübarizə ruhu mənim yaşama səbəbimdir və mən onu darıxıram. Basketbol oynamanın məhz o tərəfini çox darıxıram.”
Aytac Mustafayeva