Basketbol

Michael Jordanın basketbol üçün həsrəti

Bakı,22 oktyabr,   Tsport.az

ABŞ Basketbol Liqasının (NBA) əfsanələrindən olan  Michael Jordan, basketboldakı rəqabət və mübarizə ruhunun onun üçün yaşamaq səbəbi olduğunu və çox darıxdığını söyləyib.

” Tsport.az “ xəbər verir ki, 62 yaşlı Jordan NBCyə açıqlamasında belə deyib: “Sehrli bir dərman alıb şortumu geyinərək bu gün yenidən basketbol oynamağa çıxmaq istərdim, çünki mən elə buyam.”

Karyerası boyunca 6 NBA çempionluğu qazanan və 5 dəfə MVP seçilən Jordan sözlərinə davam edib: “O cür rəqabət və mübarizə ruhu mənim yaşama səbəbimdir və mən onu darıxıram. Basketbol oynamanın məhz o tərəfini çox darıxıram.”

Aytac Mustafayeva