Basketbol Avropa Liqasında 3-cü tur sabah başlayır
Bakı, 7 oktyabr, Tsport.az
Avropa basketbolunun ən nüfuzlu klub turniri olan Avropa Liqasında 3-cü turun oyunları sabah, 9 və 10 oktyabr tarixlərində keçiriləcək.
Tsport.az xəbər verir ki, Türkiyə təmsilçilərindən Anadolu Efes, 9 oktyabr Cümə axşamı günü Serbiya klubu Partizan ilə qarşılaşacaq. Belgrad Arenada oynanacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.
Digər təmsilçi Fenerbahçe Beko isə 10 oktyabr Cümə günü Serbiya təmsilçisi Crvena Zvezdanı (Kızılyıldız) qəbul edəcək. Ülker Spor və Etkinlik Salonundakı matç saat 21:45-də start götürəcək.
3-cü turun proqramı:
8 oktyabr, çərşənbə axşamı
22:05 — Hapoel IBI – Maccabi Rapyd (Arena 8888, Sofiya)
9 oktyabr, cümə axşamı
22:30 — Partizan – Anadolu Efes (Belgrad Arena)
22:30 — EA7 Emporio Armani Milan – Monaco (Unipol Forum)
22:30 — Baskonia – Panathinaikos AKTOR (Buesa Arena)
22:45 — Paris Basketball – Virtus Bologna (Adidas Arena)
23:00 — Real Madrid – LDLC ASVEL (Movistar Arena)
10 oktyabr, cümə
21:45 — Fenerbahçe Beko – Crvena Zvezda (Ülker Spor və Etkinlik Salonu)
22:15 — Olympiacos – Dubai Basketball (Barış və Dostluq Arenası)
22:30 — Bayern Munich – Žalgiris (SAP Garden)
21:30 — Barcelona – Valencia Basket (Palau Blaugrana)