Basketbol

Basketbol liqasında həyəcan davam edir

Bakı, 9 mart, Tsport.az

Azərbaycan Basketbol Liqasında XVII turun oyunları bu gün başa çatacaq.

Tsport.az xəbər verir ki, son matçlar B qrupunda keçiriləcək.

Saat 14:00-da “Gəncə” doğma meydanda “Lənkəran”ı qəbul edəcək. Hazırda meydan sahibləri 28 xalla ikinci, qonaqlar isə 19 xalla altıncı sırada yer alır.

Günün son oyunu isə saat 19:00-da başlayacaq. “Sumqayıt” və “Ordu” komandaları üz-üzə gələcək. Turnir cədvəlində “Sumqayıt” 22 xalla dördüncü, “Ordu” isə 27 xalla üçüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında NTD “Naxçıvan”ı 85:78, “Sabah” “Neftçi”ni 105:77, “Şəki” “Quba”nı 66:63, “Abşeron” isə “Sərhədçi”ni 77:75 hesabı ilə məğlub edib.