Dünya Futbolu

“Bavariya” Almaniya Superkubokunu qazandı

Bakı, 17 avqust, Tsport.az 

Almaniya Superkubokunun finalında “Bayern München“, “VfB Stuttgart” üzərində 2:1 hesabı ilə qalib gələrək kuboku 11-ci dəfə muzeyinə apardı.

Tsport.az xəbər verir ki, “Stuttgart Arena“da keçirilən görüşdə hesabı 18-ci dəqiqədə Harry Kane açıb. 77-ci dəqiqədə Luis Díaz fərqlənərək “Bayern”in üstünlüyünü iki qata çatdırıb. “VfB Stuttgart”ın təsəlli qolunu isə 90+4-cü dəqiqədə Jamie Leweling vurub.

Qeyd edək ki, “Bayern München” keçən mövsüm Bundesliqanın çempionu, “VfB Stuttgart” isə Almaniya Kubokunun qalibi olmuşdu.