“Bavariya” futbolçusu ilə müqaviləni yeniləyib
Bakı, 13 mart, Tsport.az
“Bavariya“nın ulduz yarımmüdafiəçisi Joshua Kimmich, Münhen klubu ilə olan müqaviləsini 2029-cu ilə qədər uzadıb.
Tsport.az xəbər verir ki, 30 yaşlı futbolçu ilə yeni müqavilə imzalanıb.
Kimmich, 2015-ci ildən etibarən “Bavariya”nın formasını geyinir və bu müddət ərzində 8 dəfə Almaniya çempionu olub. Həmçinin, o, 2019/20 mövsümündə Çempionlar Liqasının qalibi kimi də tarixə keçib.