Dünya Futbolu

“Bavariya” Upamekano ilə müqaviləni uzatmaq istəyir

Bakı, 6 oktyabr, Tsport.az

“Bavariya” klubunun prezidenti Herbert Hainer fransalı müdafiəçi Dayot Upamekano ilə yeni müqavilə danışıqlarının davam etdiyini açıqlayıb.

Tsport.az xəbər verir ki, klub rəhbəri futbolçunun komandada qalacağına ümid etdiyini bildirib:

“Ümid edirəm, o, bizimlə uzun müddət qalacaq,” – deyə Hainer vurğulayıb.

2021-ci ildən Münhen təmsilçisində çıxış edən 26 yaşlı müdafiəçinin “Bavariya” ilə hazırkı müqaviləsi 2025-ci ilin yayında başa çatır.