“Bavariya”nın gənc ulduzu İngiltərəyə transfer ola bilər
Bakı, 4 oktyabr, Tsport.az
Almaniyanın “Bavariya” klubunun yarımmüdafiəçisi Aleksandar Pavlović karyerasını Premyer Liqada davam etdirə bilər.
Tsport.az xəbər verir ki, 21 yaşlı futbolçu ilə həm “Manchester City”, həm də “Manchester United” ciddi şəkildə maraqlanır. Hər iki klubun nümayəndələrinin Pavloviçin agenti ilə ilkin təmas qurduğu bildirilir.
Münhen təmsilçisinin yetirməsi olan gənc yarımmüdafiəçi bu mövsüm “Bavariya”nın heyətində 7 oyuna çıxıb və 1 qol vurub.