Dünya Futbolu

“Bayer Leverkusen” futbolçusu ilə uzunmüddətli müqavilə bağlayıb

Bakı, 1 may, Tsport.az

“Bayer Leverkusen”, “Hertha BSC” klubundan 19 yaşlı hücumçu Ibrahim Mazanın transferini rəsmiləşdirib.

Tsport.az xəbər verir ki, gənc futbolçu ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb. Maza bu mövsüm 2. Bundesliga çərçivəsində 30 matçda forma geyinib, 5 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Almaniya U-20 millisinin dəvətini qəbul etməyən Maza, 2024-cü ildə Əlcəzair milli komandasına qoşulub və oktyabr ayında ilk oyununa çıxıb.

Alman mətbuatına görə, “Bayer Leverkusen” bu transfer üçün “Hertha”ya təxminən 12 milyon avro məbləğində təzminat ödəyib.