Dünya Futbolu

“Bayer Leverkusen” ” Sevilla” ilə danışıqlara başlayıb

Bakı, 10 avqust, Tsport.az

Almaniya təmsilçisi “Bayer 04 Leverkusen”, Fransa millisinin müdafiəçisi Loïc Badé-ni transfer etmək üçün hərəkətə keçib.

Tsport.az xəbər verir ki, bu barədə transfer mütəxəssisi Fabrizio Romano öz sosial media hesablarında məlumat paylaşıb.

Verilən xəbərə əsasən, Leverkusen artıq “Sevilla” klubuna rəsmi təklif göndərib və danışıqlar aktiv şəkildə davam edir. Potensial transferin 20-30 milyon avro aralığında başa çatacağı gözlənilir.

Xatırladaq ki, 25 yaşlı mərkəz müdafiəçisi Loïc Badé 2024/2025 mövsümündə Sevilla formasında 33 oyun keçirib, bu müddətdə 1 qol vurub və 1 assistlə yadda qalıb.