-->
Dünya Futbolu

“Bayer” rəhbərliyi Xabi Alonsonun ayrılığına yaşıl işıq yandırdı

Bakı, 21 aprel, Tsport.az

“Bayer 04 Leverkusen”in baş direktoru Fernando Carro klubun baş məşqçisi Xabi Alonsonun gələcəyi ilə bağlı maraq doğuran açıqlama verib.

Tsport.az xəbər verir ki, klub rəsmisi ispan çalışdırıcının ayrılığına qarşı çıxmayacaqlarını bildirib.

“Əgər Xabi üçün ciddi bir təklif olarsa, biz danışıqlar masasına əyləşərik. Ona mane olmaq niyyətində deyilik,” – deyə Carro bəyan edib.

Xabi Alonso, son dövrlərdə “Real Madrid”in gələcək baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilir. Onun, 2024-cü ilin sonunda müqaviləsi başa çatan Carlo Ancelotti-nin yerini tuta biləcəyi ehtimal olunur.