“Bayer”dən yeni transfer
Bakı, 12 avqust, Tsport.az
Almaniyanın “Bayer” klubu heyəti daha bir futbolçu ilə gücləndirib.
Tsport.az xəbər verir ki, 21 yaşlı oyunçu ilə 2030-cu ilin iyulunadək müqavilə imzalanıb.
Qeyd edək ki, Poku ötən mövsüm “AZ Alkmaar”la meydana çıxdığı 42 oyunda 3 qol, 8 asist müəllifi olub.
Transfermarkt portalında onun dəyəri 4 milyon avrodur.