Dünya Futbolu

”Bayer”in futbolçusu İngiltərə nəhənginin radarında

Bakı, 28 mart, Tsport.az

“Liverpool” yay transfer dönəmində azad agent statusu alacaq “Bayer”in müdafiəçisi Jonathan Tah üçün mübarizəyə qoşulub.

Tsport.az xəbər verir ki, alman futbolçu uzun müddətdir “Barcelona”nın transfer siyahısında olsa da, İngiltərə nəhəngi də 28 yaşlı müdafiəçini heyətinə qatmaq üçün ciddi maraq göstərir.

Məlumata görə, “Liverpool” yayda oyunçunun nümayəndələri ilə danışıqlara başlayacaq. Tah isə Premyer Liqada oynamaq ehtimalına müsbət yanaşır.