“Bayern München”in müdafiəçisi İngiltərəyə köçür?
Bakı, 28 aprel, Tsport.az
“Bayern München”in müdafiəçisi Kim Min-jae karyerasını İngiltərədə davam etdirə bilər.
Tsport.az xəbərt verir ki, 28 yaşlı koreyalı futbolçu ilə “Newcastle United” maraqlanır. İngiltərə klubu futbolçunu yayda transfer etmək üçün danışıqlara başlayıb.
Bu mövsüm Kim Min-jae 43 oyunda meydana çıxıb, 3 qol vurub. Transfermarkt oyunçunun dəyərini 45 milyon avro olaraq qiymətləndirir.