Dünya Futbolu

“Bayern Munich” bu futbolçu üçün danışıqlara başlayıb

Bakı, 15 avqust, Tsport.az

Almaniyanın “Bayern Munich” klubu İngiltərə təmsilçisi “Chelsea”nin hücumçusu Christopher Nkunku-nu heyətinə qatmaq üçün danışıqlar aparır.

Tsport.az xəbər verir ki, Münhen təmsilçisi fransalı forvardla müqavilə imzalamağı planlaşdırır. “Chelsea” də oyunçunu satmağa hazırdır. Nkunku özü də Almaniya klubuna keçməyə maraqlıdır.

Christopher Nkunku ötən mövsüm “Chelsea”nin heyətində 48 matçda 15 qol vurub, 5 məhsuldar ötürmə edib. Onun London klubu ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.