“Bayern München” futbolçusu ilə yollarını ayırmağı qərarlaşdırıb
Bakı, 19 mart, Tsport.az
“Galatasaray“dan “Bayern München“-ə 30 milyon avro qarşılığında transfer olunan Sacha Boey üçün ayrılıq qərarı verilib.
Tsport.az xəbər verir ki, Fransız müdafiəçi Boey, komandadan ayrılma ehtimalı ilə üzləşib.
Məlumata əsasən, “Bayern München” rəhbərliyi Boey üçün gələcək təklifləri qiymətləndirir.
Alman klubu, futbolçunun ayrılması halında yeni transfer etməyi planlaşdırmır və müdafiə problemini öz heyətində həll etməyi nəzərdə tutur. Bu mövsüm Bayern Münich üçün 12 oyuna çıxan Sacha Boey, 1 asistlə komandasına kömək edib.