Dünya Futbolu

“Bayern Munich”-in futbolçusu Avropa nəhənglərinin radarındadır

Bakı, 3 oktyabr, Tsport.az

“Bayern Munich”-in fransalı yarımmüdafiəçisi Michael Olise Avropanın ən böyük klublarının maraq dairəsindədir.

Tsport.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə “Real Madrid” və “Manchester City” yaxından maraqlanır.

Olisenin transfer qiyməti 100 milyon avro olaraq göstərilir. Onun “Bayern Munich” ilə müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.