“Bayern Munich” təcrübəli qapıçısı Ulrayxla yollarını davam etdirəcək
Bakı, 29 iyul, Tsport.az
Almaniyanın nəhəng klubu “Bayern Munich” 36 yaşlı qapıçısı Sven Ulrayxla əməkdaşlığı uzadıb.
Tsport.az xəbər verir ki, təcrübəli futbolçu ilə imzalanan yeni müqavilə 2026-cı ilin yayına qədər qüvvədə olacaq.
Ulrayx Münhen təmsilçisinin heyətinə 2015-ci ildə qoşulub və o vaxtdan bəri əsasən ehtiyat qapıçı funksiyasını yerinə yetirib. Geridə qalan mövsümdə isə o, iki matçda meydana çıxıb və bu görüşlərdə ümumilikdə 2 qol buraxıb.
“Bayern” rəhbərliyi Ulrayxın komanda daxilindəki təcrübəsini və peşəkarlığını yüksək qiymətləndirir, bu da onun karyerasını Münhendə davam etdirməsinə zəmin yaradıb.