Dünya Futbolu

“Bayern” yenidən zirvədə

Bakı, 4 may, Tsport.az

Münhen təmsilçisi “Bayern Munich” 2024/2025 mövsümündə Almaniya Bundesliqasının vaxtından əvvəl çempionu olub.

Tsport.az xəbər verir ki, ikinci pillədə qərarlaşan “Bayer Leverkusen” 32-ci turda səfərdə “Freiburg”la 2:2 hesablı heç-heçə edərək “Bayern”i turnir cədvəlində keçmək şansını itirib.

Hazırda “Bayern Munich” 76 xalla liderdir. “Bayer” isə 68 xalla ikinci pillədə qərarlaşıb və mövsümün sonuna cəmi iki tur qalıb.

Bu, “Bayern”in Bundesliga tarixində 34-cü çempionluğu oldu.