“Bayern”dən futbolçusu ilə bağlı rəsmi açıqlama
Bakı, 2 avqust, Tsport.az
“FC Bayern Munich” yarımmüdafiəçisi Aleksandar Pavlović zədəsi səbəbilə əməliyyat olunub.
Tsport.az xəbər verir ki. klubun rəsmi mətbuat xidməti futbolçunun göz nahiyəsində yaşadığı problemə görə cərrahi müdaxiləyə ehtiyac duyduğunu açıqlayıb.
21 yaşlı futbolçu son məşqlərdən birində zədə alıb. Lakin onun bərpa müddəti barədə dəqiq məlumat verilməyib.
Qeyd edək ki, Almaniya millisinin üzvü olan Pavlović 2023-cü ildən etibarən Bayern-in əsas komandasına yüksəlib.