“Belə önəmli oyunda iki qol vurmaq mənim üçün xüsusi qürurdur”
Bakı, 1 oktyabr, Tsport.az
Bu sözləri III MDB Oyunlarında keçirilən Azərbaycan (U-16) – Qırğızıstan (U-16) matçından sonra millimizin üzvü Əli Bəşirov deyib.
Tsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan oyunda millimiz 4:0 hesabı ilə qalib gəlib. Əli matçdan sonra təəssüratlarını bölüşüb:
– Qələbə qazandığımız üçün çox sevincliyik. Bu qələbə ilə finala vəsiqə əldə etdik. İndi isə əsas hədəfimiz növbəti oyuna yaxşı hazırlaşmaqdır.
– Turnirdə ilk dubla imza atdınız. Bu barədə nə düşünürsünüz?
– Bunun üçün də çox sevincliyəm. Belə önəmli oyunda iki qol vurmaq mənim üçün xüsusi qürurdur.
Bahar Rüstəm