Azərbaycan FutboluMüsahibə

“Belə komandaya qarşı qol buraxanda, oyunu çevirmək çox çətin olur”

Bakı, 19 oktyabr, Tsport.az

Misli Premyer Liqasının VIII turunda “Turan Tovuz” doğma meydanda “Qarabağ”ı qəbul edib.

Tsport.az xəbər verir ki, 1-2 hesabı ilə başa çatan matçdan sonra “Turan Tovuz”un üzvü Alexandro Serrano fikirlərini bizimlə bölüşüb:

– Biz bilirik ki, ölkənin ən güclü komandası ilə qarşılaşırıq, bu oyun çətin olacaq. Amma oyuna yaxşı başladıq, bir neçə qol epizodu yaratdıq və hesabda önə keçdik. Demək olar ki, göstərə bildik. Amma ikinci hissədə iki səhvə və hər ikisi qolla nəticələndi. Belə komandaya qarşı qol buraxanda, oyunu çevirmək çox çətin olur. Sonda yenə bir qol şansımız oldu, amma dəyərləndirə bilmədik və nəticədə uduzduq. Bu da futbolda normal haldır.

– Qol vurmağınıza baxlmayaraq qələbə qazana bilmədiniz, sizcə səbəb nə oldu?

– Əsas problem “Qarabağ” kimi topa daha çox sahib olan komandaya qarşı oynamaqdır. Belə rəqiblə matç boyu diqqəti qorumaq asan deyil. Biz bir neçə kiçik səhv etdik və bu səhvlər nəticəsində iki qol buraxdıq. Belə səviyyəli komandaya qarşı edilən xırda səhvlər bahalı başa gəlir.

– Komandanız artıq Misli Premyer Liqasının turnir cədvəlində yüksək mövqedə çıxış edir. Bu mövsüm çempionluq barədə düşünürsünüzmü?

– Xeyr, biz bu barədə düşünmürük. Bilirik ki, bu çox çətindir. Qarabağ illərdir ardıcıl şəkildə çempion olur və onların qarşısında çempionluq qazanmaq asan deyil. Əsas məqsəd bu mövsüm daha stabil çıxış göstərməkdir. Biz hər oyunda öz oyunumuzu inkişaf etdirməyə, nəticəni yaxşılaşdırmağa çalışırıq. Hədəfimiz real və mərhələli olmalıdır.

Bahar Rüstəm