Belçika millisinin heyətində ciddi itkilər yaşanıb
Bakı, 18 mart, Tsport.az
Belçika millisinin heyətində ciddi itkilər yaşanıb.
Tsport.az xəbər verir ki, Almaniyanın Eintracht (Ayntraxt) klubunun müdafiəçisi Artur Teat və Fransanın “Lyon” komandasının hücumçusu Malik Fofana səhhətində yaranan problemlər səbəbindən UEFA Millətlər Liqasının pley-off mərhələsində Ukrayna ilə qarşılaşmalarda iştirak edə bilməyəcək.
Xatırladaq ki, Belçika və Ukrayna milliləri arasında ilk oyun martın 20-də, cavab matçı isə martın 23-də keçiriləcək.