Dünya Futbolu

Ben Doak “Bournemouth”a transfer olunur

Bakı, 15 avqust, Tsport.az

“Liverpool”un futbolçusu Ben Doak karyerasını “Bournemouth”da davam etdirəcək.

Tsport.az xəbər verir ki, mersisaydlılar 19 yaşlı şotlandiyalı hücumçunun satışından 25 milyon funt sterlinq (təxminən 29 milyon avro) gəlir əldə edəcək. Onunla maraqlanan “Porto” isə artıq transfer yarışından çəkilib.

Ben Doak 2022-ci ildə “Celtic”dən “Liverpool”a keçib. Bu müddətdə əsas komandada 10 oyuna çıxsa da, qol və məhsuldar ötürmə qeydə almayıb. Onun klubla müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir.