“Benfica” baş məşqçisindən Kerem və “Fenerbahçe” açıqlaması!
Bakı, 15 avqust , Tsport.az
” Benfica “baş məşqçisi Bruno Laqe, “Fenerbahçe ” və Kerem Aktürkoğlu haqqında açıqlamalar verib.
“Kerem Benfikada xoşbəxtdir.”
Adı tez-tez türk klubları ilə hallanan Kerem barədə danışan Laqe belə deyib:
“Kerem Aktürkoğlu komanda üçün çox önəmlidir. Hesab edirəm ki, göstəricilər belədir: qol və assist sayı ümumilikdə 25. O, “Benfica”da xoşbəxtdir, yeni nömrə seçib, yaxşı başlanğıc edib. Onun komandaya fokuslandığını hiss edirəm. Sabahkı oyunda ona güvənirəm.”
Çempionlar Liqasında Türkiyə təmsilçisi “Fenerbahçe”ilə oyuna dair danışan təcrübəli çalışdırıcı bildirib:
“Estrela haqqında danışmağa hazıram, “Fenerbahçe” haqqında danışmaq üçün isə vaxtım olacaq. Danışacağım yeganə mövzu Fariadır. Cavabsız sualların olduğunu bilirəm. Bugün cavab vermək, diqqət mərkəzinin Çempionlar Liqası olduğu bir oyundan daha məntiqlidir. Çempionata yaxşı başlamağın əhəmiyyətini hiss edirik. Komandanın göstərdiyi qərarlılığı və sabitliyi davam etdirmək istəyirik. Superkubok və pley-offla yaxşı başlanğıc etdik, bu davamlılığı qorumaq və azarkeşləri hərəkətə keçirmək istəyirik, onların dəstəyi çox önəmli olacaq. Həmişə özümüzü evimizdə hiss edirik.”
Aytac Mustafayeva